Abşeron suvarma kanalında baş vermiş balıq tələfatı ilə bağlı monitorinqlər aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron suvarma kanalında baş vermiş balıq tələfatı ilə bağlı monitorinqlər aparılır

Qafar Ağayev17:21 - Bu gün
Abşeron suvarma kanalında baş vermiş balıq tələfatı ilə bağlı monitorinqlər aparılır

Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivindən keçən Samur–Abşeron suvarma kanalında balıqların tələf olması ilə bağlı yayılan görüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Balıqçılıq və Akvakultura Mərkəzi Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a verilən məlumata görə, hadisə ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər.

Qeyd edilməlidir ki, Samur–Abşeron suvarma kanalı balıq yetişdirilməsi üçün nəzərdə tutulmayıb.

Ərazidə ilkin sorğular aparılıb, sudan və balıqlardan nümunələr götürülərək müvafiq laborator müayinələrə göndərilib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər