AZAL ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanıb

10:51 - 10 / 02 / 2016
AZAL ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanıb

“Azərbaycan Hava Yolları” (AZAL) və Azərbaycan Milli Paralimpiya Komitəsi (ARMPK) əməkdaşlıq haqqında saziş imzalayıblar.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Əməkdaşlıq “Azərbaycan Hava Yolları”nın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınmasının əlavə rüsumlardan azad edilməsi, həmçinin əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016-cı il Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək.

2016-cı il Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq.

“Paralimpiya oyunları ölkəmizdə idmanın inkişafında vacib və ictimai əhəmiyyətli hadisədir. İdmançılarımıza dəstək olmaq bizim üçün böyük şərəfdir”, - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov qeyd edib:

“Paralimpiya oyunları fiziki imkanları məhdud idmançılar üçün ən mötəbər yarışlardan biridir. Bu oyunlara seçimlər təkcə milli yox, həm də beynəlxalq yarışlar çərçivəsində keçirilir. “Azərbaycan Hava Yolları”nın dəstəyi ölkəmizdə paralimpiya idmanının inkişafına böyük töhfə verəcək.

Xatırladaq ki, Paralimpiya oyunları fiziki imkanları məhdud insanlar üçün beynəlxalq idman yarışlarıdır. Ənənəvi olaraq yarışlar Olimpiya Oyunlarından sonra keçirilir. Yay paralimpiya oyunları 1960-cı ildən, qış paralimpiya oyunları isə 1976-cı ildən etibarən keçirilir.

Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı il fevralın 9-da yaradılıb. Komitə 19 paralimpiya idmanı növündən 12-ni inkişaf etdirir. Tokioda keçiriləcək 2020-ci il Paralimpiadasına kimi bu idman növlərinə daha 2-si əlavə ediləcək.

1news.az

Paylaş:
846

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər