Xalq artisti Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

12:05 - 10 / 02 / 2016
Xalq artisti Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Fevralın 13-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, pianoçu, Xalq artisti, professor Rauf İsrafil oğlu Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsinin keçiriləcək.

1news.az-ın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər. Məlumata görə, tədbir saat 19:00-da başlayacaq.

Qeyd edək ki, R.Atakişiyev Azərbaycan musiqi mədəniyyəti tarixində unudulmaz səhifə yaradıb.

o, uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, eyni zamanda 45 il müddətində Dövlət Konservatoriyasının kafedra müdiri olub. R.Atakişiyevin tanınmış ifaçılar nəslinin yetişdirilməsində zəhməti əvəzsizdir.

1news.az

Paylaş:
886

Son xəbərlər

Bütün xəbərlər