Zirə qəsəbəsinin bir-neçə küçəsində təmir işləri aparılır – VİDEO
Zirə qəsəbəsinin bir-neçə küçəsində eyni vaxtda təmir-tikinti işləri həyata keçirilir.
1news.az xəbər verir ki, bu barədə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən məlumat veriblər.
Məlumata görə, bu uzunluğu 1,8 km, ortalama eni 8 metr olan Ağamalıoğlu, uzunluğu 0,8 km, ortalama eni 11 metr olan Sərdarov və uzunluğu 1,1 km, ortalama eni isə 8 metr olan Əbdülhəsən Babayev küçələridir.
Təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu 3,66 km olan küçələrin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə təqribən 38850 m2 sahəyə bir ( 6 sm ) və iki qat (11 sm ) olmaqla yeni asfalt beton örtüyünün döşənməsi işlərinin aparılması planlaşdırılır.
Bundan başqa bəzi ərazilərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, təqribən 4 min m2 sahədə yeni yol əsası tikilib.
“Sözügedən küşələrin təmiri qəsəbə sakinlərinin gediş-gəlişini rahatlaşdırmaq məqsədi daşıyır. Çünki təmir olunan küçələr Zirə İdman Kompleksinin, orta ümumtəhsil məktəbinin və qəsəbə məscidinin qarşısından keçərək Ə.Babayev küçəsi ilə yenidən qəsəbənin mərkəzi küçəsi olan S.Ə.Şirvani küçəsində birləşir. Bundan başqa həmin küçələrlə müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslar da keçirlər”- deyə, qurumdan bildiriblər.
1news.az