Bakıda 15 ticarətçini aldadan dələduz qadın 9 il azadlıqdan məhrum edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 15 ticarətçini aldadan dələduz qadın 9 il azadlıqdan məhrum edilib

14:18 - 11 / 02 / 2016
Bakıda 15 ticarətçini aldadan dələduz qadın 9 il azadlıqdan məhrum edilib

Bu gün Bakı Bakı şəhər sakini 1969 təvəllüdlü Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmünə əsasən Roza Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R.Abbasova Sədərək Ticarət Mərkəzində ticarətlə məşğul olub. Qadın ticarət mərkəzində çalışan vətəndaşların etibarından sui-istifadə edərək bir neçə nəfəri aldadıb, onlara Türkiyədən ucuz qiymətə mal gətirmək məqsədilə həmin şəxslərdən 143 min manat alıb. Lakin sonradan həmin qadın tərəfindən aldadıldığını bilən ticarətçilər bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Cinayət işində 15 nəfərə yaxın ticarətçi zərərçəkmiş qismində tanınıb.

1news.az

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər