“Nizami” Kino Mərkəzində Burak Özçevitin ətrafında pərəstişkarların ajiotajı – FOTO
10 fevral tarixində türk filmi “Kadeşim benim”-in “Nizami” Kino Mərkəzində premyerası baş tutub. Bu filmdə baş rol ifaçısı olan Burak Özçevit “Möhtəşəm yüzil” serialındakı Malkoşoğlu Bali bəy rolu ilə məşhurlaşıb.
“Kardeşim Benim” filmində baş rol ifaçıları Burak Özçevit və Aslı Ənvər filmin Bakıdakı premyerasında iştirak edib. Biletlər satışa çıxarıldığı ilk gündən satılması premyeranın böyük maraqla qarşılanacağı və anşlaqla bitəcəyindən xəbər verirdi.
Bu B.Özçevitin Bakıya ikinci səfəridir. Daha əvvəl o, Azərbaycanın paytaxtına 2015-ci ildə “Aşk sana bənzər” filminin premyerasına sevgilisi Fəxriyyə Evcənlə gəlmişdi.
Filmin premyerası böyük uğurla keçdi. Gələn pərəstişkarlar sevimli aktyorla qırmızı xalıda çoxdan gözlədikləri selfi cəkdirib və avtoqraf aldılar.
Azərbaycan KİV nümayəndələrinə müsahibəsində B.Özçevit M.Bozun gələ bilmədiyi üçün üzrxahlıq etdi və bildirdi ki, keçən dəfə də Bakıda eyni hərarətlə qarşılanıb.
Xatırladaq ki, “Nizami” Kino Mərkəzində Türkiyənin bir çox tanınmış aktyoru film təqdimatlarında qonaq olub. BU yaxınlarda Cağatay Ulusoy da öz filmini burada təqdim edib. Onun da qırmızı xalıda görünməsi pərəştişkarlar arasında ajiotaj yaradıb.
Mövzu ilə bağlı oxuyun:
“Möhtəşəm yüzil” serialının baş rol ifaçısı Bakıya gəlib -FOTO
Burak Özçevit Bakı mənzərəsini İnstagram-da 3 milyon izləyicisinə göstərdi