Türkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib

16:56 - 11 / 02 / 2016
Türkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib

Türkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə qəzetdə material dərc edilib. 

Üzrxahlıqda bildirilir ki, fevralın 6-da “Sabah” qəzetində “Türkiyənin turizm təcrübələrindən faydalanırıq” başlıqlı yazı dərc olunub. Xəbərdə yer alan Azərbaycan xəritəsində səhv nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan torpaqlar başqa ölkənin sərhədləri daxilində göstərilib. Qeyd olunur ki, Azərbaycanın Ankaradakı səfirliyi qəzetin redaksiyasına etiraz məktub ünvanlayıb. “Xəbəri düzəldirik və üzr istəyirik”, - deyə, qəzetin üzrxahlıq mətnində bildirilir.

Yazıda Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən göndərilən məktubun mətni də yerləşdirilib. Məktubda göstərilib ki, Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır: “1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalanmasına baxmayaraq, atəşkəs rejimi təmas xəttində Ermənistan ordusu tərəfindən tez-tez pozulur. BMT, ATƏT, Avropa Parlamenti və s. beynəlxalq təşkilatlar, eyni zamanda Türkiyə də daxil olmaqla, bir çox ölkələr tərəfindən bu işğalın beynəlxalq hüququn normalarının pozulması səbəbindən qəbuledilməz olduğu təsdiq edilib”.

Xatırladaq ki, İstanbulda Dünya Turizm Forumu çərçivəsində keçirilən və nazirlərin iştirak etdiyi panel barədə “Sabah” qəzetinin saytında məqalə yayımlanıb. Məqalədəki fotoda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri göstərilib. Nazirlərin arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələr yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib.

1news.az

Mövzu ilə bağlı:

Nazir: “Sabah” qəzetinə etiraz məktubu göndərmişik

Türkiyənin "Sabah" qəzetinin saytı Azərbaycana qarşı hörmətsizlik edib – FOTO

Paylaş:
649

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər