Səhiyyə naziri: "Ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə müalicə olunub" | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə naziri: "Ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə müalicə olunub"

18:30 - 11 / 02 / 2016
Səhiyyə naziri: "Ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə müalicə olunub"

Səhiyyə naziri Oqtay Şirəliyev fevral ayının 11-də Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyələrə uyğun olaraq keçirilən görüşdə səhiyyə nazirliyinin səlahiyyətli nümayəndələri ilə yanaşı, Qazax rayon yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Görüşdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə vətəndaşların qəbulunun dövlət idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən keçirildiyini qeyd etdi. Cənab nazir vurğuladı ki, əgər ilk aylarda qəbula 80-100 sakin müraciət edirdisə və müraciətlərdə müalicə məsələləri, xaricdə müalicə və bu kimi problemlər üstünlük təşkil edirdisə, artıq qəbula gələnlərin sayı 20-30 arası olur ki, bunlarda əsasən ölkə başçısına, problemlərinin həllinə görə səlahiyyətli qurumlara minnətdarlıq hissi ilə gələnlərdir. Bu da öz növbəsində ölkə başçısının düşünülmüş siyasətinin, görülən işin və atılan hər bir addımın uğurlu nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin bütün sahələrinə, o cümlədən, səhiyyə sektoruna xüsusi diqqətindən danışarkən, səhiyyə naziri tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlərin bu gün də davam etdiyini nəzərə çatdırdı. Son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilmişdir. O cümlədən mərkəzi xəstəxanalarının açılışında ölkə başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib.

Oqtay Şirəliyev belə müəssisələrdən olan Gəncə Abbas Səhhət adına xəstəxananın açılışının bu yaxınlarda olacağını da qeyd etdi.

Öz çıxışında səhiyyə naziri səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini də vurğuladı. 200 mindən çox şəkərli diabet xəstəsinin illər boyu, dövlət hesabına bütün lazımi dərmanlarla təmin olunmasını, diabetli uşaqlara adi şpris-qələm deyil, dərman insulin pompası vasitəsilə yeridildiyini, xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstənin illər boyu müalicə almasının və bunun sayəsində onların ömrünün uzanmasını, ölüm göstəricisinin azalmasını və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayının artmasını vurğuladı. Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları həyata keçirilib. 70 yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatı icra olunur və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb.

Eyni zamanda ölkədə sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Təkcə ötən il 22 uşağa sümük iliyi köçürülüb.

Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkənin tibb işçiləri Türkiyə, Almaniya və.s inkişaf etmiş kimi ölkələrdə tibbi hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar.O.Şirəliyev daha sonra yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atıldığını da qeyd etdi. Biznes

mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə lisenziyalaşdırılan tibb fəaliyyət növlərinin təşkili işini də xeyli asanlaşdırılıb.

Səhiyyə naziri çıxışının sonunda ölkədə gedən islahatların müvəqqəti deyil daimi xarakter daşıdığını və bu inkişafda ölkə başçısı tərəfindən səhiyyə sektorunun üzərinə qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün daha da səylə çalışacağıq.

1news.az

Paylaş:
607

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər