Səyyad Salahlı: “Mədrəsəni qısa müddətdə yaratmaq və ora müdavimlər cəlb etmək asan proses deyil”
"Heydər" məscidində mədrəsənin yaradılması istiqamətində təşkilati işlər həyata keçirilir".
1news.az-ın məlumatina görə,bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı (Aran) bildirib.
O deyib ki, mədrəsəni qısa müddətdə yaratmaq və ora müdavimlər cəlb etmək asan proses deyil: "Təbii ki, müəyyən olunan məkan var və orada mədrəsə yaradıla bilər. Lakin bir çox təşkilati məsələlər həyata keçirilməlidir, müəllim heyəti müəyyənləşməlidir. Bütün bu proseslərdən sonra mədrəsə açıla bilər. Mədrəsənin nə zaman fəaliyyətə başlayacağını isə "Heydər" Məscid-Kompleksi İdarəsinin rəhbərliyi müəyyənləşdirəcək".
1news.az
671