Tovuz sakini pomidor turşusundan zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz sakini pomidor turşusundan zəhərlənib

00:01 - 11 / 02 / 2016
Tovuz sakini pomidor turşusundan zəhərlənib

Tovuz rayonunda zəhərlənmə olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, rayonun Düz Qırıqlı kənd sakini, 1991-ci il təvəllüdlü Kaloğlanova Billurə Akif qızı zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Dərhal tibbi yardım göstərilsə də B.Kaloğlanovanın vəziyyəti ağır olaraq qalır. Məlumata görə qadın 3 gün əvvəl pomidor turşusu yeyib və bu gün özünü pis hiss etdiyinə görə xəstəxanaya gətirilib.

1news.az

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər