Azərbaycanda avtobus sürücülərinə yaş məhdudiyyəti qoyuldu
Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik edilib.
1news.az xəbər verir ki, bundan sonra “D” kateqoriyası üzrə sərnişindaşımada yaşı 22-dən az və 65-dən çox olan, 5 ildən az sürücülük təcrübəsinə malik insanlar çalışmayacaq. “DE” kateqoriyası üzrə isə 25-65 yaş daxilində olan və 3 ildən az olmayaraq sürücülük təcrübəsi olan insanlar çalışa biləcək.
Xatırladaq ki, daha əvvəl avtobusla sərnişindaşımada “D” kateqoriyası üzrə 21 yaşdan az olmayan, “DE” kateqoriyası üzrə isə yaşı 24-dən yuxarı olan şəxslərə işləməyə icazə verilirdi.
1news.az
983