Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir - FOTO

09:50 - 12 / 02 / 2016
Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir - FOTO

Məqalənin əvvəlini bu linkdən oxuya bilərsiniz

Vətəndaş müraciətlərinə baxılmasına və məmur-vətəndaş münasibətlərinə yeni impuls verən qanun Azərbaycan Prezidenti ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanı xüsusi qeyd etməliyik. Artıq hər yerdə qanunun müddəaları dövlət qulluqçuları, həmçinin müraciətlərə baxan digər subyektlər tərəfindən diqqətlə öyrənilir, respublika qanunvericiliyinin bu qanuna uyğunlaşdırılması, ondan irəli gələn normativ hüquqi aktların hazırlanması üçün müvafiq Fərmana uyğun olaraq lazımi tədbirlər görülür.

Bir daha qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni qanun müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalarla zənginləşdirilmiş, ilk növbədə, vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmişdir.

Qanunun şərhi ilə bağlı 2015-ci il dekabrın 2-də respublika mətbuatında dərc olunan materialda göstərdiyimiz kimi, dövlət orqanları, həmçinin ictimai təşkilatlar və özəl qurumlarla vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində yeni dövr açan bu qanunun əvvəlki redaksiyasından fərqli cəhətləri çoxdur. Əvvəlki qanun cəmi 13 maddə və 51 hissədən ibarət idisə, yeni qanuna bir sıra maddələr artırılaraq onların sayı 17-yə, bənd və yarımbəndlərin sayı isə 112-yə çatdırılmışdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq bu bəndlər və yarımbəndlərin hər biri qanunun müvafiq maddəsi hesab olunur. Yeni qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müra

Paylaş:
3035

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər