Millət vəkili Novruz Aslanov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu haqda deputatın qərargahından verilən məlumata əsasən, hər həftə olduğu kimi bu dəfə də qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında baş tutub.
80 nəfərə yaxın insanın iştirak etdiyi qəbulda millət vəkili hər birinin problemi ilə yaxından maraqlanıb. Müraciətlər əsasən şəxsi məişət problemləri və digər sosial yönümlü məsələlərdən ibarət olub. Bir neçə məsələ yerindəcə həll edilib. Qəbula gələnlərə ərzaq bağlamaları paylanıb. Seçicilər millət vəkilinə, hər həftə İsmayıllıya gələrək onların problemləri ilə maraqlandığına görə öz təşəkkürlərini bildiriblər.
1news.az
631