Saxta sənədlə sərhəddi keçmək istəyən Qana vətəndaşları saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta sənədlə sərhəddi keçmək istəyən Qana vətəndaşları saxlanılıblar

23:22 - 12 / 02 / 2016
Saxta sənədlə sərhəddi keçmək istəyən Qana vətəndaşları saxlanılıblar

Saxta sənədlə ölkmizə gəlmək istəyən şəxslər saxlanılıblar.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat veriblər.

Məlumata görə, fevralın 9-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkə­mizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta  saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar.

Müvafiq araşdırma aparıldıqdan sonra onlar fevralın 10-da “Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.

1news.az

 

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər