“ASAN Könüllüləri” kitab aksiyasına start verir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN Könüllüləri” kitab aksiyasına start verir - FOTO

13:41 - 13 / 02 / 2016
“ASAN Könüllüləri” kitab aksiyasına start verir - FOTO

“ASAN Könüllüləri” Təşkilatı ASAN Məktub layihəsi çərçivəsində kitab aksiyasına start verir.  

Öz kitabını hədiyyə edərək hər kəs  bu aksiyaya qoşula bilər. Qeyd edək ki, aksiyaya dəstək olan şəxslərdən toplanmış bu kitablar ucqar rayonlarda yaşayan azyaşlı vətəndaşlarımıza paylanacaq.

Bildirək ki, sözügedən ərazilərdə kitabxanalar, vətəndaşların maariflənməsi üçün oxu köşkləri bir qədər məhduddur. Aksiyanın  əsas məqsədi toplanmış kitabları ucqar rayonlarda yaşyan balaca fidanlarımıza hədiyyə etməklə onların maariflənməsinə az da olsa töhfə verməkdir. Unutmayaq ki, uşaqlar ölkəmizin gələcəyidir. Onların dünyagörüşü, savadı vətənimizin gələcəyinə yatıra biləcəyimiz ən böyük investisiyadır.

Əgər siz də aksiyaya qoşularaq ölkəmizdə geniş dünyagörüşlü, savadlı gənclərin artmasına öz töhfənizi vermək istəyirsinizsə, istənilən  “ASAN xidmət” mərkəzində müvafiq köşklərə yaxınlaşa və öz kitablarınızı hədiyyə edə bilərsiniz.

1news.az

Paylaş:
1369

Son xəbərlər

Bütün xəbərlər