Qış məktəbi Bakı Slavyan Universitetində silsilə mühazirələrlə işini davam etdirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qış məktəbi Bakı Slavyan Universitetində silsilə mühazirələrlə işini davam etdirib - FOTO

17:41 - 13 / 02 / 2016
Qış məktəbi Bakı Slavyan Universitetində silsilə mühazirələrlə işini davam etdirib - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi davam edir.

Fevralın 13-də tələbələr BSU-nun Rusiya Mədəniyyət Mərkəzində Moskva Açıq Təhsil İnstitutunun UNESCO beynəlxalq təhsil və miqrant uşaqların məktəbə inteqrasiyası kafedrasının müdiri, professor Yuri Qoryaçevin “Rusiyanın təhsil sistemində multikulturalizm məsələləri” mövzusunda mühazirəsini dinləyiblər.

Professor ölkəsinin və paytaxt Moskvanın təhsil sistemində multikulturalizm məsələlərinin tədris edilməsi mexanizmlərini təqdim edib. O, BMT və UNESCO səviyyəsində qəbul edilmiş beynəlxalq qanunverici və tövsiyəedici xarakter daşıyan aktların tətbiq edilməsinin vacibliyini vurğulayaraq, Rusiyada tətbiq edilən yanaşmaların mahiyyətini qış məktəbi iştirakçılarının diqqətinə çatdırıb: “Rusiyada rəsmi səviyyədə “Millətlərarası münasibətlərinin strategiyası” adlı sənədin qəbul edilməsinin tolerantlıq mühitinin möhkəmlənməsinə birbaşa aidiyyətinin olması şübhə doğurmur. Sözügedən vacib sahədə Azərbaycanda əldə edilmiş unikal təcrübə həm də universal mahiyyətə malik olduğundan ondan bəhrələnməyə geniş imkanlar açır”.

Mühazirə əsnasında Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrası ilə Rusiyanın “Etnosfer” Beynəlxalq Təhsil Mərkəzi arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən hər iki qurumun gələcəkdə elmi-tətbiqi araşdırmalar sahəsindəki qarşılıqlı əlaqələrinin gücləndirilməsi nəzərdə tutulub.

Sonra BSU-nun Türkiyə Araşdırmalar Mərkəzində Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali (Qazaxıstan) “Türkdilli ölkələrdə multikulturalizm siyasəti” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə konkret faktlar və məlumatlar əsasında türkdilli xalqlara əzəldən multikultural ənənələrin xas olduğu bildirilib: “Hələ qədim dövrlərdən türkdilli dövlətlər polietnik və polikonfessional olduqlarına görə müxtəlif dövrlərdə məhz tolerant insanın formalaşmasına böyük meydan verirdilər.

Hazırda mövcud türkdilli məmləkətlərin hamısının cəmiyyəti müxtəlif mədəniyyətlərə mənsub toplumlardan ibarətdir və daxili sabitliyin qorunub möhkəmlənməsi yolunda dözümlülük və başqa mədəniyyətlərə sayğılı münasibət müstəsna rol oynayır. Azərbaycan, Qazaxıstan, Türkiyə belə ölkələrdəndir”.

Tədbirdə BBMM-in müşaviri, professor Aytən Qəhrəman və professor Darhan Kıdırali BBMM və BTA arasında əməkdaşlıq barədə müqavilə imzalayıblar. Müqaviləyə əsasən ən yaxın zamanda adıçəkilən iki mərkəz həm elm, həm də tətbiqi sahədə araşdırma və birgə layihələrin həyata keçirilməsini təmin edəcək.

BBMM-in Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasionun (Portuqaliya) “Yeni dünya nizamı və multikulturalizm” mövzusunda mühazirəsi də tələbələrin xüsusi marağına səbəb olub.

Paylaş:
1421

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər