Kaxa Camburiya: Bütün yerli sakinlər öldürülürsə, bunu yalnız bir xalqın soyqırımı adlandırmaq olar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kaxa Camburiya: Bütün yerli sakinlər öldürülürsə, bunu yalnız bir xalqın soyqırımı adlandırmaq olar - FOTO

17:56 - 14 / 02 / 2016
Kaxa Camburiya: Bütün yerli sakinlər öldürülürsə, bunu yalnız bir xalqın soyqırımı adlandırmaq olar - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə silsilə tədbirlərə start verilib.

İlk tədbir Gürcüstanın Laqodexi bölgəsinin Kaxeti rayonunun Qabal kəndində keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, rayon rəhbərliyi, kənd ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qabal kənd icra nümayəndəliyinin rəhbəri Namaz Allahverdiyev Xocalı soyqırımının baş vermə səbəbləri, acı nəticələri barədə məlumat verib. Dünyanın aparıcı ölkələrinin bu faciəyə hələ də hüquqi və siyasi qiymət verməməsini təəssüflə qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov çıxış edərək xalqlarımız arasındakı əlaqələrdən söz açıb, qardaş və dost gürcü xalqının nümayəndələrinin də bu cür tədbirlərdə iştirakını xüsusi qeyd edib. Bildirib ki, dünyanın 40-a yaxın ölkəsi Xocalı faciəsinin soyqırımı olduğunu təsdiqləyib. Gürcüstan parlamentinin də bu faciəyə düzgün qiymət verəcəyinə və soyqırımı kimi tanıyacağına inamını ifadə edib. Diplomat, anım tədbirlərinin Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları bütün bölgələrdə keçiriləcəyini bildirib.

Rayon icra hakimiyyətinin başçısı Kaxa Camburiya 1992-ci il fevralın 26-də Xocalı şəhərində törədilən faciədən ürək ağrısı ilə danışıb. O deyib: “Qoca, qadın, uşaq, bir sözlə bütün yerli sakinlər öldürülürsə, bunu yalnız bir xalqın soyqırımı adlandırmaq olar, başqa bir sözlə əvəz etmək olmaz”.

Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri çıxış edərək Xocalı faciəsinin ağrı-acılarından danışıb, 24 il əvvəl yaşanan bu hadisələrin səbəbkarlarının gürcü tarixində də oxşar izlər qoyduqlarını vurğulayıblar.

Sonda məktəblilər şeirlər söyləyiblər, Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

AZƏRTAC

Paylaş:
723

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər