Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO

19:55 - 14 / 02 / 2016
Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO

Fevralın 14-də Gəncədə Müdafiə Nazirliyinin N hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, hərbi hissənin ərazisində təşkil edilən mərasimdə ənənəyə uyğun olaraq Döyüş bayrağı meydana gətirilərək Dövlət himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra gənc əsgərlər hərbi and içiblər.

Andiçmə mərasimində hərbi hissənin komandanlığı, yerli icra orqanlarının təmsilçiləri, veteranlar, valideynlər, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər gənc əsgərlərə nümunəvi olmağı, silah və texnikanın sirlərinə dərindən yiyələnərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə edib, xoş arzularını bildiriblər.

Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramı nümayiş etdirilib.

Sonra valideynlər hərbi hissədə yaradılmış şəraitlə tanış olublar.

Paylaş:
853

Son xəbərlər

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37Əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 11 / 2024, 16:21Prezident İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:08İlham Əliyev Qana Prezidenti ilə görüşüb12 / 11 / 2024, 15:44Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb12 / 11 / 2024, 15:22İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb12 / 11 / 2024, 14:34XİN Konstitusiya Günü münasibətilə paylaşım edib12 / 11 / 2024, 14:16Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib12 / 11 / 2024, 14:01Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb12 / 11 / 2024, 13:41İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb12 / 11 / 2024, 13:23
Bütün xəbərlər