Oğurluq edən çinayətkar dəstənin digər əməllərinin üstü açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurluq edən çinayətkar dəstənin digər əməllərinin üstü açıldı

13:36 - 15 / 02 / 2016
Oğurluq edən çinayətkar dəstənin digər əməllərinin üstü açıldı

Fevralın 12-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Elşən Rəfiyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə tütün məmulatı oğurlanıb.

1news.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki,  Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Faiq Mikayılov, Namiq Qurbanov, Anar Kərimov, Sumqayıt şəhər sakinləri Telman Əhmədov, Nizami Bayramov, Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulub.

Onların fevralın 12-də Şahmalı Əlizadəyə məxsus mağazadan 740 manat, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

1news.az

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər