“Bank Respublika” yeni “Yığım əmanəti”ni təklif edir - FOTO
“Bank Respublika” yeni “Yığım əmanəti” məhsulunu təklif edir. 15 fevral tarixindən istənilən şəxs minimum 200 AZN ilkin mədaxil edərək Bankın filiallarında yığım əmanəti üçün hesab aça bilər.
Bu haqda 1news.az-a Bankdan verilən məlumata görə, 3, 6 və 12 aylıq müddətə müvafiq olaraq 6%, 8% və 9% illik faiz dərəcəsilə açılan “Yığım əmanəti”ni hal-hazırda manatla yerləşdirmək mümkündür.
Eyni zamanda, əmanətin məbləği istənilən vaxt və istənilən məbləğdə artırıla bilər.
Yeni məhsulun üstünlüyü ondadır ki, əmanət üzərinə əlavə məbləği uyğun olan vaxtda, Bank ofisinə gəlmədən MilliÖN və e-Manat terminallarından həmçinin Bankim.az səhifəsində fasiləsiz xidmət göstərən “İnternet şöbəsi” vasitəsilə mədaxil etmək mümkündür.
“Yığım əmanəti” üzrə faizlər müddətin sonunda ödənilir. Qeyd edək ki, bu depozit növünün maksimal limiti yoxdur, lakin faizlərin hesablanması üçün maksimal məbləğ 50 000 AZN təyin edilib.
Qeyd edək ki, “Bank Respublika” “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.