Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu ilə ilk qatar martın sonunadək yola düşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu ilə ilk qatar martın sonunadək yola düşəcək

18:29 - 15 / 02 / 2016
Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu ilə ilk qatar martın sonunadək yola düşəcək

“Rossiyskiye jeleznıye doroqi” holdinqi və “Azərbaycan Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyəti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər.

Bu barədə 1news.az AZƏRTAC-a istinadla xəbər verir ki,  layihənin logistik operatorları “RJD Logistika” SC və “ADY Express” olacaq. Həmin marşrutlar üzrə hərəkəti 2016-cı ilin martın sonunadək işə salmaq planlaşdırılır.

Hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yüklərin çatdırılması dəniz daşımaları (A marşrutu) hesabına təmin edilir. Nava-Şeva limanından Moskvaya qədər yol təqribən 40 gün təşkil edir. Yeni multimodal “B” marşrutu dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadəni ehtiva edir və daşıma müddətini iki dəfə azaltmağa imkan verir. Perspektivdə həmin müddət 14 gün olacaq.

Tərəflər danışıqlar çərçivəsində rəqabətə davamlı tarifləri də razılaşdırıblar: Mumbay-Moskva marşrutu ilə 40 futluq konteynerin daşınması tarifi 3 min dollardan çox olmayacaq.

1news.az

Paylaş:
722

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər