Komitə sədri Qobustan, Şamaxı və Ağsu rayonlarının sakinləri ilə görüşəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 19-da Qobustan rayonunda vətəndaşları qəbul edəcək.
Komitədən 1news.az-a verilən məlumata görə, qəbulda Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi: 020-24 (5-29-93), 020-26 (5-01-08).
1news.az
812