Bu gün Bakı metrosunda qatarların hərəkətində gecikmə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakı metrosunda qatarların hərəkətində gecikmə olub

11:48 - 15 / 02 / 2016
Bu gün Bakı metrosunda qatarların hərəkətində gecikmə olub

Bu gün 09:20 radələrində Bakı metrosunun Dərnəgül - Həzi-Aslanov xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq baş verib.

1news.az xəbər verir ki, bunun nəticəsində qatarın hərəkətində təxminən 20 dəqiqəlik gecikmə müşahidə olunub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, artıq nasazlıq aradan qaldırılıb: "Elə bir ciddi problem yoxdur. Sadəcə 29 saylı marşrut nasaz olub, "20 yanvar" stansiyasında sərnişinləri boşaldıb və depoya gedib".

1news.az

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər