Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub

11:52 - 15 / 02 / 2016
Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

1news.az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş əməkdaşı Oqtay İbrahimovdur.

Xatırladaq ki, Aparatın sabiq rəhbəri Səfər İmanov keçən ilin noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb. Bu il isə onun 170 min dollar rüşvət aldığı iddia olunub.

Qeyd edək ki, İbrahimov Oqtay Vahib oğlu 1960-cı ilin iyunun 19-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1990-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və sektor müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Nazirlər Kabinetinin Ali Attestasiya Komissiyasının qərarı ilə “Baş elmi işçi” fəxri adı ilə təltif edilib. 1999-2000-ci illərdə Konstitusiya Məhkəməsinin İnformasiya təminatı bölməsinin müdiri olub. 20.11.2013 – 2.11.2015 tarxilərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini olub.

Ailəlidir, 4 övladı var.

1news.az

Paylaş:
873

Son xəbərlər

Bütün xəbərlər