Heydər Əliyev Mərkəzi Gəncədə “Nikolya” şokolad muzeyi sərgisini təşkil edəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzi Gəncədə “Nikolya” şokolad muzeyi sərgisini təşkil edəcək - FOTO

00:04 - 16 / 02 / 2016
Heydər Əliyev Mərkəzi  Gəncədə “Nikolya” şokolad muzeyi sərgisini təşkil edəcək - FOTO

Fevralın 20-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məşhur “Nikolya” şokolad muzeyinin eksponatlarından ibarət sərginin açılışı olacaq.

Heydər Əliyev Mərkəzindən 1news.az-a verilən xəbərə görə, Gəncə Müasir İncəsənət Muzeyində təşkil Gəncə Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı – şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdiriləcək.

Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.

Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 000 nəfəri keçib. Sərgi, həmçinin 2015-ci ilin may-iyun aylarında Bakıda təqdim olunub.

Kütləsi 65 kq olan “Qız qalası”, 512 hissədən ibarət olan, hündürlüyü 210 sm olan, 45 kq-lıq “Eyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır. Ekspozisiyada, həmçinin məxsusi olaraq Gəncə şəhərinə həsr olunmuş əsərlər - Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi təqdim ediləcək.

Sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün Nikolay Popov ustad dərsləri də keçəcək.

Sərgi martın 26-dək davam edəcək.

1news.az

Paylaş:
1423

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər