Lənkəran Dövlət Dram Teatrında yeni uşaq tamaşasının premyerası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran Dövlət Dram Teatrında yeni uşaq tamaşasının premyerası olub

13:02 - 15 / 02 / 2016
Lənkəran Dövlət Dram Teatrında yeni uşaq tamaşasının premyerası olub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, Tülkü, Tünbəki” adlı musiqili-nəğməli nağıl – pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

1news.az-ın məlumatına görə, alleqorik səpkidə qurulan bu səhnə əsərinin mövzusu cəmiyyətdə sülhün, dostluq və mehribançılığın təbliğinə həsr olunub. Yaradıcı kollektiv personajların dili ilə cəmiyyətdəki nöqsanları qamçılayır, qəddarlığı, rəziləti pisləyir, insanları sevib-sevilməyə, xoşbəxt yaşamağa səsləyir.

Tamaşanın sujet xəttindən də aydın olduğu kimi, meşədə bütün heyvanlar dostluq şəraitində yaşamağa qərar verirlər. Amma Tülkü ilə Çaqqal bu dostluqdan, mehribançılıqdan xoşhal deyillər. Onlar bu mehribançılığı pozmaqla meşədəki sakitliyə son qoymağı, meşə sakinləri arasında nifaq toxumu səpməyi qarşılarına məqsəd qoyurlar. Lakin onların bu niyyəti ürəklərində qalır. Məsələdən xəbər tutan meşə sakinləri Tülkü ilə Çaqqalı cəzalandırır, nəticədə yenidən mehribançılıq, dostluq və sülh bərqərar olur.

Uşaqların böyük maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibaçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa edirlər.

1news.az

Paylaş:
745

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər