“Torpaq bazarı haqqında” qanunda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Torpaq bazarı haqqında” qanunda dəyişiklik edilib

13:33 - 16 / 02 / 2016
“Torpaq bazarı haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev “Torpaq bazarı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 412; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 4-cü maddəsinin üçüncü hissəsində və 18-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2016-cı il.

1news.az

Paylaş:
775

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər