Havanın temperaturu 21 dərəcəyə qədər yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 17-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 17-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 isti olacaq.
1news.az