Neft hasilatının hazırkı səviyyədə saxlanılması ilə bağlı razılıq əldə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft hasilatının hazırkı səviyyədə saxlanılması ilə bağlı razılıq əldə olunub

13:59 - 16 / 02 / 2016
Neft hasilatının hazırkı səviyyədə saxlanılması ilə bağlı razılıq əldə olunub

Venesuelanın dünya neft sənayesində hasilatın hazırkı səviyyədə dondurulmasına dair istehsalçı ölkələrə müraciəti ilə bağlı ilkin razılıq əldə olunub.

1news.az Reporta istinadən xəbər verir ki, bu gün Dohada (Qətər) keçirilən OPEC üzvü olan və digər neft hasilatçısı ölkələrin görüşü zamanı əldə edilən razılaşma barədə Qətərin energetika naziri əl-Sada xəbər verib.

Qeyd edək ki, hasilatın 11 yanvar tarixindəki həcmində dondurulması qərara alınıb. Hasilatın cari həcminə Qətər tərəfi nəzarət edəcək.

Maraqlıdır ki, xəbərin açıqlanmasından sonra dünya bazarında neft qiymətləri kəskin azalmağa başlayıb. Hazırkı hasilat həcmi onsuz da yüksəkdir və təklif tələbi təxminən 1,5 mln. barel/gün üstələyir. Çindən gələn son ixrac və idxaldakı azalma rəqəmləri fonunda neftə qlobal tələbin bir qədər də azalacağı gözlənilir. Belə ki, "Brent" markalı neftin qiyməti Doha görüşündən əvvəl 35,54 dollar/barel olduğu halda, hazırda bu səviyyədən 4% aşağı düşüb və təxminən 34 dollar/barelə çatıb. Neftin qiymətinin bu səviyyədə sabitləşəcəyi və yenidən yüksələcəyi proqnozlaşdırılır.

1news.az

Paylaş:
612

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər