Prezident Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə fərmanda dəyişikliyi təsdiq edib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədarqərara alıram:
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 158; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 2, maddə 69; 2006, № 8, maddə 660; 2007, № 11, maddə 1110; 2008, № 3, maddə 174, № 6, maddə 498; 2010, № 7, maddə 610; 2012, № 11, maddə 1081; 2014, № 11, maddə 1419) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Altıncı abzasda “digər torpaqların” sözləri “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının” sözləri ilə əvəz edilsin.
2. On birinci və on altıncı abzaslarda “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.
3. On üçüncü abzasa “56-cı maddəsinin 1-ci bəndində,” sözlərindən sonra “6 cı bəndinin birinci abzasında və 8-ci bəndində” sözləri əlavə edilsin.
4. On altıncı abzasa “qalan torpaq sahələrinə münasibətdə” sözlərindən sonra “− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsi istisna olmaqla” sözləri əlavə edilsin.
5. On doqquzuncu abzasa “meşə fondu torpaqlarına münasibətdə” sözlərindən sonra “− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsində” sözləri əlavə edilsin”.
President.az