Ərazi vahidlərinin xəritələrinin hazırlanması qaydasının tətbiq edilməsi haqqında fərmana dəyişiklik edilib
Prezident “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 82; 2013, № 2, maddə 118) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə ləğv edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənddə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra — DTXK)” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK)” sözləri ilə əvəz edilsin;
2.2. 4.1-ci, 4.2-ci, 5.6-cı, 7.1-ci, 8.6-cı və 8.8-ci bəndlərdə ismin müvafiq hallarında “DTXK" abreviaturası ismin müvafiq hallarında “ƏMDK" abreviaturası ilə əvəz edilsin;
2.3. 4.2-ci bənddə (hər iki halda) “rayon, şəhər şöbəsi” sözləri “ərazi bölməsi” sözləri ilə əvəz edilsin;
2.4. 5.6-cı bənddə (hər iki halda) “rayon (şəhər) şöbəsinin” sözləri “ərazi bölməsinin” sözləri ilə əvəz edilsin;
2.5. 5.7-ci bənddə “DTXK-nın sədri tərəfindən imzalanır və DTXK-nın möhürü ilə təsdiq edilir” sözləri “ƏMDK-nın sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən imzalanaraq, ƏMDK-nın və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - ETSN) möhürləri ilə təsdiq olunur” sözləri ilə əvəz edilsin;
2.6. 8.2-ci və 8.3-cü bəndlərdə “DTXK” abreviaturası “ƏMDK və ETSN” abreviaturaları ilə əvəz edilsin”.
President.az