Prezident İlham Əliyev Tovuz şəhərinə səfər edib- FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Tovuz şəhərinə səfər edib- FOTO

19:27 - 16 / 02 / 2016
Prezident İlham Əliyev Tovuz şəhərinə səfər edib- FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlətimizin başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

1news.az

Paylaş:
986

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər