Bakıda əcnəbi qadın özünü yaşadığı binadan ataraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda əcnəbi qadın özünü yaşadığı binadan ataraq öldürüb

11:32 - 16 / 02 / 2016
Bakıda əcnəbi qadın özünü yaşadığı binadan ataraq öldürüb

Bakıda intihar hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan, Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş.

1news.az

 

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər