Rusiya və OPEC-ə üzv ölkələr neftin hazırkı qiymətlərini müzakirə edəcəklər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rusiya və OPEC-ə üzv ölkələr neftin hazırkı qiymətlərini müzakirə edəcəklər

1news Redaksiyası12:00 - 16 / 02 / 2016
Rusiya və OPEC-ə üzv ölkələr neftin hazırkı qiymətlərini müzakirə edəcəklər

Rusiyanın və Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin enerji nazirləri Qətərin paytaxtı Dohada görüşəcəklər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə gör, bu haqda “Washington Post” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yığıncaqda Rusiyanın energetika naziri Aleksandr Novakın, Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuayminin, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvunun və Venesuelanın neft naziri Euloqio Del Pinonun iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Rusiyanın energetika naziri A.Novak yanvarda OPEC və qeyri-OPEC ölkələri ilə ucuzlaşan neft qiymətlərini müzakirə etmək üçün yığıncağın keçirilə biləcəyini demişdi.

1news.az

 

Paylaş:
904

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər