“ASAN xidmət” Cəlilabadda vətəndaşlara xidmət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” Cəlilabadda vətəndaşlara xidmət göstərəcək

12:51 - 16 / 02 / 2016
“ASAN xidmət” Cəlilabadda vətəndaşlara xidmət göstərəcək

“ASAN xidmət” Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin inzibati binasında Cəlilabad sakinlərinə mart ayının 7-dən xidmət göstərəcək.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.

Məlumata görə, xidmət ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi istiqamətində aparılacaq.

Məlumatda qeyd olunub ki, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi üçün vətəndaşın şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni  nümayəndələrinin razılığı və 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə) tələb olunur.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər