Prezident “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub - FOTO

14:13 - 17 / 02 / 2016
Prezident “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub - FOTO

Prezident İlham Əliyev fevralın 17-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, dövlət başçısına məlumat verilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrından fəaliyyətə başlayıb. 2007-ci ilin martınadək müəssisədə OKA, UAZ, ÇAN-QAN markalı avtomobillərın yığımı həyata keçirilib. 2007-ci ilin martından etibarən Belarusun Minsk avtomobil və traktor zavodları ilə bağlanmış müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb.

2016-cı il yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 5737-i dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, qalan 497-si isə fermerlərə və iş adamlarına satılıb. Həmin müddətədək 8 modeldə, müxtəlif modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə verilib.

Bildirilib ki, “Addım-addım yeni uğurlara doğru irəli” devizi ilə çalışan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müəssisənin işini müsbət qiymətləndirib, 2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə birliyin bir sıra əməkdaşlarını yüksək orden, medal və fəxri adlarla təltif edib.

1news.az

 

Paylaş:
928

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər