"BakuBus" marşrut xəttinin istiqamətində dəyişiklik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

"BakuBus" marşrut xəttinin istiqamətində dəyişiklik edib

17:52 - 17 / 02 / 2016
"BakuBus" marşrut xəttinin istiqamətində dəyişiklik edib

"BakuBus" MMC-nin 3 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

“Sərnişinlərdən daxil olan müraciətləri nəzərə alaraq və sərnişinlərin hərəkət trayektoriyasını daha əlverişli etmək məqsədilə 3 saylı marşrut xəttimizin istiqamətində bir qədər dəyişiklik etdik. Belə ki, aşağıdakı cədvəldə Azadlıq metro stansiyasının önündən hərəkət edərkən 3 saylı avtobus Məmməd Araz küçəsindən sonra Həsən Əliyev küçəsinə, Tofiq Bəhramov adına stadiona və Bədən Tərbiyəsi və İdman Akademiyasının önündən keçməklə Gənclik metro stansiyasına çıxacaq”, - deyə N.Allahyarova bildirib.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər