AZAL bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb

17:55 - 17 / 02 / 2016
AZAL bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb.

1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə fevralın 17-də Bakıdan İstanbula olan aviareys sərnişin azlığı səbəbindən təxirə salınıb. Uçuş yerli vaxtla saat 17:35-də olmalı idi.

“Aviareysin təxirə salınması barədə bilet alan sərnişinlərə öncədən məlumat verilib. AZAL sözügedən aviareysə bileti olan sərnişinlərə AZAL-ın hesabına alternativ aviareyslər təklif edib”, - deyə P.Kəsəmənski vurğulayıb.

Qeyd edək ki, Bakıdan İstanbula hər gün aviareyslər yerinə yetirilir. Bu marşrut üzrə növbəti reys bu gün saat 20:45-də reallaşdırılacaq.

1news.az

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər