Bakıda 6 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 6 otaqlı ev yanıb

11:33 - 17 / 02 / 2016
Bakıda 6 otaqlı ev yanıb

Bakıda 6 otaqlı evdə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
674

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər