Azərbaycanda məhbus ölümü ilə bağlı Baş Prokurorluğa müraciət olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda məhbus ölümü ilə bağlı Baş Prokurorluğa müraciət olunub

12:29 - 17 / 02 / 2016
Azərbaycanda məhbus ölümü ilə bağlı Baş Prokurorluğa müraciət olunub

Ombudsman Aparatının əməkdaşları məhbusun öldüyü cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Aparatın yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, daxil olmuş müraciətlərin, habelə bu müəssisədə məhkumlarla bağlı mətbuatda yayılmış məlumatların araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin cərimə təcridxanasının kameralarına və tibb-sanitar hissəsinə baxış keçirilmiş, burada saxlanılan məhkumlar qəbul olunub.

Başçəkmə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindən bu müəssisəyə etap olunmuş İbrahimov Nurani Fuad oğlunun ölüm faktı ilə bağlı sənədləşmə öyrənilib, habelə müəssisə rəhbərliyi fakt üzrə prokurorluqda cinayət işinin başlandığını, məhkəmə-tibb ekspertizasının təyin olunduğunu və lazımi sənədlərin istintaqa verildiyini bildirib.

Eyni zamanda bu müəssisəyə etap olunmuş digər beş məhkumla da bağlı məlumatlar yerində araşdırılıb, MPQ-nin həkim üzvünün iştirakı ilə bu şəxslər fərdi şəkildə qəbul olunub, bədənlərinə baxış keçirilib. Baxış zamanı onların üzərlərində xəsarət izləri müşahidə olunmayıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə 30-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb. Ümumilikdə isə qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi və N.İbrahimovun ölüm faktının nəzarətə götürülərək tam və hərtərəfli araşdırılması, habelə nəticəsi barədə məlumatların Ombudsmana göndərilməsi ilə bağlı Baş Prokurorluğa müraciət olunub.

1news.az

 

Paylaş:
1067

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər