Mart ayında 9 gün qeyri-iş günü olacaq
Bayramlarla əlaqədar mart ayında 9 qeyri-iş günü olacağı açıqlandı.
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.
Nazirlər Kabinetinin qərarına əsasən isə 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
1news.az-ın məlumatına görə, Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.
Beləliklə, mart ayında ümumilikdə 9 gün qeyri-iş günü olacaq.
1news.az
1496