İmişlidə 3 yaşlı qız su kanalında boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə 3 yaşlı qız su kanalında boğulub

17:34 - 18 / 02 / 2016
İmişlidə 3 yaşlı qız su kanalında boğulub

İmişli rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən rayonun Oruclu kəndində qeydə alınıb.

Kənd sakini, 3 yaşlı Mələk Mənsimova yaşadığı evin yaxınlığından keçən “Şor” su kanalına düşərək boğulub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər