Xaçmazda zəncirvari qəza baş verib: ölənlər və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda zəncirvari qəza baş verib: ölənlər və yaralananlar var

17:43 - 18 / 02 / 2016
Xaçmazda zəncirvari qəza baş verib: ölənlər və yaralananlar var

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 21:00 radələrində rayonun Müzəffər-oba kəndində qeydə alınıb.

Belə ki, rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi “KİA”, Şıxbala Zeynalovun idarə etdiyi “VAZ-2106” və Rövşən Şükürovun idarə etdiyi “VAZ-21093” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər