İlham Əliyev Misir prezidentinə başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Birləşmiş Millətlər Təşkilatının VI Baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
1news.az
851