Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı sərəncam imzaladı

18:38 - 18 / 02 / 2016
Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

President.az

Paylaş:
1177

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər