"Azəriqaz": Nəsimi, Yasamal və Nərimanov rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

"Azəriqaz": Nəsimi, Yasamal və Nərimanov rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

21:17 - 18 / 02 / 2016
"Azəriqaz": Nəsimi, Yasamal və Nərimanov rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Nəsimi, Yasamal və Nərimanov rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə  “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, istismar müddəti başa çatmış diametri 250 millimetrlik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 millimetrlik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə fevralın 19-da saat 10-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A.Qurbanov və H.Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V.Çəmənzəminli və Ə.Qayıbov küçələrində təbii qazın verilişində fasilələr yaranacaq.

1news.az

Paylaş:
2068

Son xəbərlər

Bütün xəbərlər