İran neft hasilatının dondurulması ilə bağlı razılaşmanı dəstəkləyir | 1news.az | Xəbərlər
İqtisadiyyat

İran neft hasilatının dondurulması ilə bağlı razılaşmanı dəstəkləyir

11:36 - 18 / 02 / 2016
İran neft hasilatının dondurulması ilə bağlı razılaşmanı dəstəkləyir

İran OPEC-ə üzv bəzi ölkələr ilə Rusiyanın xam neft hasilatının yanvardakı səviyyədə saxlanılması qərarını dəstəkləyir.

1news.az bloomberght.com-a istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namdar Zəngənə Tehranda OPEC-ə üzv ölkələr – İraq, Qətər və Venesuelanın neft nazirləri ilə keçirilən görüşü şərh edərkən deyib.

“İran neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEC və qeyri-OPEC ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəkləyir”, - deyə nazir bildirib.

1news.az

Paylaş:
1015

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər