Bakıda iki şagird itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki şagird itkin düşüb

11:44 - 18 / 02 / 2016
Bakıda iki şagird itkin düşüb

Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb.

 

1news.az xəbər verir ki, bu barədə APA-ya itkin düşən məktəblilərdən biri İsmayıl Şəfiyevin anası Viktoriya Şəfiyeva məlumat verib. Onun sözlərinə görə, oğlu İsmayıl və sinif yoldaşı Şamil Babayev ötən gün təhsil aldıqları 32 №-li məktəbdən çıxıb və evə qayıtmayıblar. Onların harada olmaları barədə heç bir məlumat yoxdur.

 

V. Şəfiyeva qeyd edib ki, uşaqların itkin düşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat verilib.

 

Hazırda adıçəkilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.

 

1news.az

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər