Azərbaycanda saxta pestisidlər satan mağazalar aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda saxta pestisidlər satan mağazalar aşkar edilib

12:41 - 18 / 02 / 2016
Azərbaycanda saxta pestisidlər satan mağazalar aşkar edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında yoxlamalar aparıb.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, aparılan araşdırmalar zamanı Bərdə şəhəri, H. Əliyev prospektində yerləşən və Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında Fransa istehsalı olan “Kurzat” adı altında preparatların satıldığı aşkar edilib.

Bununla əlaqədar hər iki mağazada “Kurzat” preparatı adı ilə satılan mallardan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini laboratoriyasında yoxlanılıb.

Laboratoriya analizinin nəticələrinə əsasən mağazadan götürülən  “Kurzat” preparatında təsiredici maddənin (misxloroksid) miqdarının normadan aşağı olduğu, yəni saxtalaşdırıldığı müəyyən edilib.

Qeyd olunan hallar üzrə fitosanitar qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

1news.az

Paylaş:
962

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər