Bir neçə evdən oğurluq edən Bakı sakinləri tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir neçə evdən oğurluq edən Bakı sakinləri tutuldu

14:04 - 19 / 02 / 2016
Bir neçə evdən oğurluq edən Bakı sakinləri tutuldu

Polis Bakıda evlərdən oğurluq edən şəxsləri saxlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Xətai polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-dən 13-dək olan müddətdə Bakı şəhər sakinləri Ə.Heybətova, A.Əsədova və Z.Məmmədovaya məxsus evlərdən qızıl və məişət əşyaları oğurlamış Bakı şəhər sakinləri Asif Qəniyev və Elşad Aşurlu tutulublar.

1news.az

 

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər